ABŞ açıqladı: TAP-a dəstək veririk
29-05-2018 21:32
Baxış sayı:
4885

ABŞ hökuməti TAP layihəsinə dəstək verir.
Muxalifet.az-ın məlumatına görə, bunu ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Bakıda jurnalistlərə açıqlamasında deyib.
"Biz müxtəlif hökumətlərlə və şirkətlərlə müzakirələr apararaq TAP layihəsinin Avropanın enerji məsələsində vacibliyini onlara izah etməyə çalışırıq", - o qeyd edib.