CHP-nin Fələstin afişasındakı 4 gülünc səhv
29-05-2018 20:35
Baxış sayı:
5059

Cümhuriyyət Xalq Partiyasının (CHP) seçki stendində asılan Fələstinlə bağlı afişa sosial şəbəkə istifadəçilərinin iradına səbəb olub. Muxalifet.az xəbər verir ki, sözügedən afişada eyni anda 4 səhvin aşkarlanması şəbəkə istifadəçilərində gülüş doğurub. “Kəbənin bir daşına toxunsalar, bütün ordumu göndərərəm” – Atatürkün dilindən deyildiyi iddia edilən bu sözlərin də yer aldığı afişadakı səhvləri təqdim edirik: 1. Kəbə Fələstində deyil, Məkkədə yerləşir. 2. Afişada yer alan bayraq Fələstinin deyil, İordaniyanın bayrağıdır. 3. Afişada yer alan ifadə Mustafa Kamal Atatürkə məxsus deyil. 4. Türk dilində sözün düzgün yazılışı “yanlız” deyil, “yalnız” olmalıdır.