Hacı Sabirin oğluna yüksək vəzifə verildi - Dövlət Gömrük Komitəsində

Baxış sayı:
10124

Avtonəqliyyat Baş Gömrük İdarəsinə yeni rəis təyin olunub.
 
Muxalifət.az unikal.org-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Malliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəis müavini Hüseyn Həsənlinin vəzifəsindən azad edərək, onu Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edib.
Qeyd edək ki, Hüseyn Həsənli  QMİ sədrinin birinci müavini Hacı Sabir Həsənlinin oğludur.
Xatırladaq ki, Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayor İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinə rəis təyin edilib.