Türkiyədən F-35 AÇIQLAMASI
29-05-2018 17:55
Baxış sayı:
5017

ABŞ-ın Türkiyəyə F-35 məsələsində təhdid ehtiva edən açıqlamalarından sonra Müdafiə Sənayesinin Twitter hesabında bir açıqlama dərc olunub. Açıqlamada, "İlk F-35 təyyarələrinin təhvili hazırlıqları 21 iyun 2018 tarixində olacaq şəkildə davam edir" deyilib. ABŞ-ın Rusiyadan alınan S-400 hava sistemlərini bəhanə edərək Türkiyəyə F-35 üzərindən təhdid etməsi bütün dünyada əks-səda doğurmuşdu. İctimaiyyətində davam edən mübahisələri rahatlatmaq niyyəti ilə Müdafiə Sənayesi Twitter hesabından açıqlama verib. Müdafiə Sənayesi rəhbərliyi təyyarənin təhvil verilməsi tarixində bir problem olmadığına işarə edərək, "İlk F-35 təyyarələrinin təhvili hazırlıqları 21 iyun 2018 tarixində olacaq şəkildə davam edir" açıqlamasını verib. Müxalifət.az