​Paşinyan oğlunu Azərbaycana göndərir - HƏRBİ HİYLƏ

Baxış sayı:
4672

Ermənistanın baş naziri Nikol Paşinyan oğlunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərir.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Paşinyan oğlu Aşotun martda 18 yaşının tamam olduğunu və hərbi xidmətə gedəcəyini açıqlayıb.
Aşot Paşinyan da bildirib ki, o, hərbi xidməti Dağlıq Qarabağda keçmək istəyir.
Ermənistan siyasətçilər Paşinyanın bu qərarını alıqşlayıblar. Lakin ekspertlər baş nazirin bununla ictimai rəyə hesablanmış addım atdığını düşünür.