Rusiyadan Trampı qəzəbləndirəcək AÇIQLAMA: ŞİFRƏLƏRİ ÇÖZDÜK

Rusiya hərbi sənaye rəsmilərindən olan Mixeyev, ABŞ, Böyük Britaniya və Fransanın 14 apreldə Suriyaya qarşı təşkil etdikləri hücumda istifadə edilən “Tomahawk” raketlərinin şifrələrini çözdüklərini və onlara qarşı elektron müharibə vasitələri qoyacaqlarını açıqlayıb.
Rusiyadakı "Radio-elektron texnologiyalar" hərbi zavodunda məsləhətçi işləyən Vladimir Mixeyev, "Suriyada ABŞ-ın istifadə etdiyi və patlamadan ələ keçirilən “Tomahawk” raketi məlum olduğu kimi, bir müddət əvvəl Moskvaya gətirilmişdi. Biz bu raketin şifrələrini çözdük. Hansı tezlikləri istifadə etdiyini. hədəfə necə kökləndiyini və necə idarə edildiyini ən incə təfərrüatına qədər həll etdik. Bu sayədə bir- iki il içərisində bu raketləri hədəfinə çatmadan havada təsirsiz hala gətirəcək electron vasitələr yaradacağıq" deyib.
Qeyd edək ki, 14 aprel Suriya əməliyyatı zamanı ABŞ, Böyük Britaniya və Fransa, Suriyaya kimyəvi silah şübhəsi olan 6 hədəfə 105 naviqasiya raketi atmışdı.
Müxalifət.az