Meşədən 200-dən ÇOX AĞAC KƏSİLDİ - Cinayət işi başlandı

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Haftoni meşəbəyliyinin 16 saylı dolayında köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağac kəsilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət barədə Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları araşdırma aparıb.
Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Haftoni meşəbəyliyi ərazisində ağac kəsənlər təbiətə 9209.33 manat məbləğində ziyan vurub.Faktla bağlı akt tərtib edilib.
Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.