Erməni politoloqdan PAŞİNYANA PROQRAM ƏVƏZİNƏ BOŞ KAĞIZ MƏSLƏHƏTİ..

Erməni politoloq Suren Zolyan hesab edir ki, ortaya çıxan böhran vəziyyətindən çıxmaq üçün erkən seçkilərin keçirilməsinə ehtiyac var.
Ancaq parlamentdə çoxluğun Sarkisyan tərəfdarlarında olduğunu nəzərə alsaq bunun mümkün olmayacağı bəllidir. Amma burada da dövrəyə yenə erməni hiyləsi girir. Erməni politoloqun sözlərinə görə, Nikol Paşinyan hökumət proqramını yaxın gələcəkdə parlamentə təqdim etməlidir: “Ancaq proqram əvəzinə, sadəcə boş bir bülleten təqdim edilə bilər. Parlament bu zaman nə edəcək? Paşinyan məsələni məhz bu cür qoya bilər. Parlamentə boş bir kağız təqdim edərsə, əlbəttə ki, onu təsdiq edə bilməzlər və beləliklə də parlament buraxılmış olar".
Politoloqun fikrincə, erkən parlament seçkilərində siyasi məhbus məsələsi əsas məsələdir: "Jirayr Sefilyan və qalan “Sasna Tsrer "-çilər azad edilməlidir ki, seçkilərdə iştirak edə bilsinlər".
Müxalifət.az