Suriya Əsədə QARŞI BİRLƏŞİR

Suriyada Əsəd rejiminə qarşı döyüşən 11 müxalif qrup "Milli Müstəqillik Cəbhəsi" adı altında birləşib. Yeni yaradılan Milli Müstəqillik Cəbhəsinə Feylak-ı Dəməşq, Nasir Ordusu, Azad İdlib Ordusu, 1-ci Sahil Diviziyası, 2-ci Sahil Diviziyası, 1.fırka, 2-ci Ordu, Elitalar Ordusu, Seyyidüş- Əl İslam Dareyya, Əl Huriyye Briqadası və 23-ci Firqə qrupları daxil olub.
Suriyada, Bəşşar Əsəd rejiminə qarşı döyüşən 11 müxalif qrup, İdlibdə "Milli Müstəqillik Cəbhəsi" adı altında birləşdiyini bildirib.
Müxalif mənbələrdən əldə edilən məlumata görə, ölkənin şimal-qərbindəki İdlib və Xama rayonunun şimalındakı Azad Suriya Ordusuna (ÖSO) bağlı 11 hərbi müxalif qrup, "Milli MüstəqillikCəbhəsi" adı altında birləşməyə qərar verib.
YENİ HƏDƏF!
Müxaliflərin sosial mediada bölüşdüyü birləşmə anonsunda, "Yeni qurumun hədəfi Suriyada İdlib əyalətindəki Azad Suriya Ordusunun komponentlərini vahid çətir altında birləşməsidir" deyə, qeyd olunub.
Milli Müstəqillik Cəbhəsinin lideri Faylak Dəməşq qrupunun komandirlərindən Fadıl Allah Əl Hacci, müavini isə Nasir Ordusundan Suhayp Leyyüş olub.
Təxminən 30 minlik müxalif qrupların birləşməsi ilə Suriyada Bəşşar Əsəd rejiminə qarşı döyüşən ən böyük hərbi qruplardan biri qurulmuş oldu.
Müxalifət.az