Ermənistanı təşvişə salan şar! TÜRK CASUSU ZƏNN ETDİLƏR

Baxış sayı:
5098

Ermənistanla Türkiyə sərhədində yerləşən köpekbalığı şəklindəki şar, Türkiyənin casusluq üçün göndərdiyi şar zənn edilərək təhlükəsizlik qüvvələrinə təslim edilib.
 
Beynəlxalq casusluq fəaliyyətlərində istifadə edilən dronlar bütün dünyanı təşvişə sövq edir. Ermənistanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən və ilk əvvəl "casus şar" olduğu güman edilən kameralı köpəkbalığının əslində bir oyuncaq olduğu ortaya çıxıb.
Türkiyə sərhədinə yaxın Nor Amasiya kəndində yerləşən şar kənd xalqını qorxudub. Kəndlilər şarı Türkiyənin göndərmiş ola biləcəyi və mindən az əhalisi olan kənddə kəşfiyyat müşhidəsi aparma ehtimalını irəli sürüb. Ancaq kənddə olan “şar köpəkbalığı”nda aparılan araşdırmalar nəticəsində aranı qarışdıran "casus şarın" əslində zərərsiz bir uşaq oyuncağı olduğu ortaya çıxıb. Şarın məsafədən idarə olunan və adi kameraları olan bir oyuncaq olduğu bildirilir.
“RIA Novosti”-yə açıqlama verən Erməni Təhlükəsizlik Xidməti, "Araşdırma Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. Şarın əslində İrəvan dükanlarında olan məsafədən idarə olunan bir şar olduğu müəyyənləşib. Hər hansı bir təhlükə kəsb etmir" deyib.
Mətbuatda dərc olunan fotoşəkillərdə əşyanın köpəkbalığı şəklində bir şar olduğu görünür.
Müxalifət.az