​AB İtaliyada dövlət çevrilişi edib – Le Pen

Baxış sayı:
3820

İtaliyadakı hökumət böhranı Avropa Birliyinin təzyiqi ilə gerçəkləşdirilən dövlət çevrilişidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Fransanın Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen paylaşıb.
“AB və maliyyə bazarları növbəti dəfə demokratiyanı məhv edirlər. İtaliyada baş verənlər dövlət çevrilişidir. Bu, İtaliya xalqına qarşı qeyri-legitim institutların hücumudur. Demokratiyadan bu cür imtina fonunda bütün Avropada xalq qəzəbi artacaq”, – o bildirib.