​Paraqvay prezidenti istefa verdi — Senator olmaq istəyir

Baxış sayı:
3691

Paraqvay prezidenti Orasio Kortes istefa verib.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə bu barədə verdiyi açıqlamada senator olmaq üçün bu addımı atdığını qeyd edib:
"Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəyəm. Mən xalqın səsvermə zamanı ifadə etdiyi istəyi yerinə yetirirəm. Tanrı Paraqvayı gorusun" .
Qeyd edək ki, Kortes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini icra edir. Bu ilin avqust ayında onun prezidentlik müddəti başa çatır.