Ərdoğandan şillə kimi cavab: Sübut etməsən, namərdsən!
28-05-2018 21:04
Baxış sayı:
4366

Məhərrəm İncə deyir ki, Ərdoğan o vaxt partiya qurmaq üçün Pensilvaniyaya gedərək, icazə almışdı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu iddiasını sübut etməlidir. Belə bir hadisədən söhbət belə gedə bilməz. Madam ki, belə bir fikir səsləndirirsən, bunu isbat etməlisən. İsbat etməsən, namərdsən”, - Ərdoğan bildirib.
Ərdoğanın bu çıxışından sonra Məhərrəm İncə prezident seçiləcəyi təqdirdə bunu sübut edəcəyini deyib.
Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident seçkilərində CHP-nin namizədi Məhərrəm İncə Ərdoğanın AKP-ni qurmaq üçün Pensilvaniyaya gedib, icazə aldığını iddia etmişdi.