​Mahmud Abbas xəstəxanadan buraxıldı

Baxış sayı:
3547

Fələstin lideri Mahmud Abbas xəstəxanadan buraxılıb.
Muxalifet.az xəbər verir ki, Fələstin televiziyası 83 yaşlı liderin Ramallahda yerləşən xəstəxananı sərbəst şəkildə tərk etməsini və jurnalistlərlə olan qısa söhbətini yayımlayıb.
“Şükür Allaha ki, buranı səhhətim yaxşı vəziyyətdə tərk edirəm və sabahdan işimin başında olacam”, - Abbas bildirib.
Xatırladaq ki, Mahmud Abbas bir həftədir xəstəxanada soyuqdəymədən müalicə olunurdu.