ABŞ-a yalvardılar! ÖLKƏMİZDƏ HƏRBİ BAZA YERLƏŞDİRİN

Baxış sayı:
4207

Polşa, daimi hərbi baza yaratması üçün ABŞ-a 2 milyard dollar verməyi təklif edib. Kremlin sözçüsü Peskov da, Polşada ABŞ bazası yaratmaq planına reaksiya göstərərək, "Rusiya, NATO-ya cavab verməyə hazırdır" deyib.
 
ABŞ-la daha da yaxınlaşmaq istəyən Polşa rəhbərliyi, ölkəyə qurulacaq hərbi baza qarşılığında ABŞ-a 2 milyard dollar təklif edib.
Polşamım xəbər saytı “Onet”-in Polşa Müdafiə Nazirliyindəki mənbələrə əsaslandırdığı xəbərə görə, Polşada Rusiyanın Ukrayna ilə yaşadığı böhran səbəbiylə "təhlükəsizlik xofu" yaşanır.
Polşanın tələbinin, Rusiya ilə yaşanacaq gərginlik səbəbiylə Almaniya və İtaliya tərəfindən istənmədiyi bildirilib.
Polşa Müdafiə Nazirliyinin sənədində "Bu təklif ABŞ-ın Polşaya uzunmüddətli zirehli qoşun yerləşdirməsi üçün açıq ehtiyacı göstərir. Polşa 1.5-2 milyard dollar civarında əhəmiyyətli bir dəstək verməyə könüllüdür. Birgə hərbi müəssisələr yaradılması və ABŞ güclərinin çevik hərəkət etməsi təmin olunacaqdır" deyilib.
Sənəddə Polşanın "ABŞ-ın müdafiə xərclərini bölüşməyə könüllü olduğu" bildirilib.
 
RUSİYADAN REAKSİYA GƏLDİ
 
Polşanın daimi hərbi baza yaratması üçün ABŞ-a 2 milyard dollar verməyi təklif etməsinə münasibət bildirən Kremlin sözçüsü Dmitri Peskov, Rusiyanın NATO-nun genişlənməsinə cavab verməyə hazır olduğunu vurğulayıb.
Peskov, "NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə doğru genişlənməsi, regionda təhlükəsizliyə və sabitliyə heç bir şəkildə töhfə vermir. Əksinə, Rusiya, hər dəfə bu şəkildə pozulan tarazlığı yenidən qurmaq üçün qarşı tədbirlər görəcək" deyib.
ABŞ bazasını öz ərazisində yerləşdirmənin hər bir ölkənin milli qərarı olduğunu da vurğulayan Peskov, bunun Avropadakı ümumi təhlükəsizlik atmosferi üçün doğuracağı nəticələrin da aşkar olduğunu qeyd edib.
Müxalifət.az