ABŞ terror ordusu quracaq, MAAŞINI SƏUDİYYƏ ÖDƏYƏCƏK

Baxış sayı:
3895

Suriyadan çəkilməmək üçün Səudiyyə Ərəbistanından maliyyə dəstəyi istəyən Tramp, istədiklərini alıb. Trampın istədiyi kimi, qurulan terror ordusuna Səudiyyə Ərəbistanı maaş verəcək.
 
ABŞ prezidenti Donald Tramp, Suriyada xidmət edən əsgərlərini geri çəkmə qərarı aldığını açıqlamışdı.
 
TRAMP PUL İSTƏDİ
 
Trampın bu qərarından sonra Səudiyyə Ərəbistan, Amerika əsgərlərinin Suriyada qalmasını istədi.
Amerikan əsgərlərinin Suriyadakı vəzifələrinə davam etməsi üçün Səudiyyə Ərəbistanından maliyyə dəstəyi istəyən Tramp, istədiyi nəticəni əldə edib.
 
30 MİN TERRORÇUYA AYLIQ 200 DOLLAR
 
Belə ki, Amerika, Suriya ilə İraq arasında yeni bir terror ordusu quracaq. 30 min nəfərdən ibarət olması nəzərdə tutulan yeni terror ordusunun maaşları isə Səudiyyə Ərəbistanı tərəfindən ödənəcək.
Neft zəngini Səudiyyə, terror ordusunun hər nəfərinə aylıq 200 dollar ödəyəcək.
 
TERROR MALİYYƏÇİLƏRİ
 
Türkiyədə qanlı hücumlar təşkil edən terror təşkilatı PKK-nın Suriyadakı çıxıntılarına açıq bir şəkildə dəstək verən Səudiyyə Ərəbistanı, regiona səfərlər də təşkil etməyə başlayıb.
 
SƏUDİYYƏ NAZİRİNDƏN RAQQA SÖZÜ
 
Terror təşkilatının əlində tutduğu Raqqaya gedən Səudiyyə Ərəbistanının dövlət naziri Samir əl Sebhan, bölgənin yenidən abadlığı üçün yardım edəcəyi vədini verib.
Müxalifət.az