Ərəblərlə PKK ARASINDA QARŞIDURMA

Baxış sayı:
4765

Suriyanın Raqqa vilayətində terror təşkilatı YPG/PKK-nın işğalına qarşı çıxan silahlı Ərəb qrupları terror təşkilatı ilə toqquşub. Raqqalı əhali də terrorçuların rayonu tərk etməsi üçün etiraz aksiyası keçirib.
 
Raqqadaki media nümayəndələrinin bildirdiyinə görə, bölgədə SDG örtüyü altında fəaliyyət göstərən YPG/PKK terrorçuları ilə qısa müddət əvvələ qədər əməkdaşlıq edən bəzi Ərəb qrupları son həftələrdə PKK terrorçularına qarşı silahlı mücadilə verməyə başlayıb.
Raqqa İnqilabçıları (Süvvar el-Rakka) adlı Ərəb qrupun YPG/PKK-nı inkar etməklə regiondakı Ərəbləri yanına çəkmə və bəzi gəncləri silah altına alma fəaliyyətləri səbəbilə PKK ilə dünən axşam başlayan toqquşmalar gecə geç saatlara qədər davam edib.
Silahlı münaqişələr Raqqanın Rumeyla məhəlləsi və Barazi bulvarına da sıçrayıb.
YPG/PKK bölgəyə əlavə qüvvə göndərərək, Raqqa İnqilabçılarının qərargah kimi istifadə etdiyi bina və çox sayda mövqeləri mühasirəyə alıb.
Toqquşmalar yalnız gecə saatlarında səngisə də, terrorçuların olduğu küçələrdə əhali "YPG Raqqadan çıxsın" şüarları ilə küçələrə etiraz aksiyasına çıxıb. Etirazlarda, terror təşkilatının Ərəb torpaqlarını tərk etməsi tələb olunub.

Müxalifət.az