Yəhudi yazardan TÜRKİYƏYƏ HƏDƏ DOLU SÖZLƏR

Baxış sayı:
3685

İsrailli analitik yazar Koen, Yəhudi lobbisini işarə edərək dollar/tl məzənnəsində baş verən dalğalanma ilə bağlı Türkiyəni iqtisadi yöndə hədələyib. Koen, açıqlamasında "Dünya sərvətinin yarısının təkcə bir Yəhudi ailəsinə məxsusdur və bu ailənin İsrailin ən böyük dəstəkçisi olduğunu bilmirmi? Bəs digər Yəhudi zənginlərə nə deyəcəksən" deyə, qalmaqal ifadələrə yer verib.
 
Baran Universitetinin müəllimi və Begin-Sadat Strategiya Araşdırmaları Mərkəzinin analitiki Koen, sosial media saytı Twitterdə Ərəbcə "Türk Lirəsinə Yardım Edin" adı ilə paylaşılan bir statusa, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq, "Ey Ziyankar Erdoğan" deyə, qarşılıq verib.
Türkiyənin İsraildəki səfiri Eitan Naehin ölkəsinə qayıtmaq üçün getdiyi hava limanında təhqirə məruz qaldığını irəli sürən Koen, "Türk lirəsi Türkiyə tarixində ən aşağı səviyyəsinə enib" deyib.
Eyni zamanda İsrail hökumətinə məsləhət verən Koen, prezident Ərdoğana qarşı, "Dünya sərvətinin yarısı təkcə Yəhudi bir ailəyə məxsusdur və bu ailənin İsrailin ən böyük dəstəkçisi olduğunu bilmirmi? Bəs digər Yəhudi zənginlərə nə deyəcəksən" deyə, hədə dolu sözlər yazıb.
Türkiyə iqtisadiyyatını Yəhudi lobbisi ilə təhdid edən Koen, paylaşmasında Türk lirəsində dalğalanmağa işarə edərək, "Gələn daha pis olacaq" deyə, qeyd edib.
Koenin Twitterdəki şərhinə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirdən olan izləyicilər dəstək verərkən, başda Qətər olmaqla, digər Ərəb ölkələrindən olan izləyicilər isə təpki göstəriblər.
Müxalifət.az