PKK TERRORÇULARI MENBİÇDƏN ÇIXARILACAQ: ABŞ-la RAZILAŞDIRILDI

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeonun 4 iyunda Vaşinqtonda keçirəcəyi görüş zamanı razılıq əldə olunacağı halda PYD-YPG terror qruplaşması Menbiçdən çıxarılacaq.
Razılaşmaya əsasən, bundan sonra ərazinin təhlükəsizliyini ABŞ və Türkiyə qoşunları birlikdə təmin edəcək. İdarəetmə forması Türkiyənin Afrində tətbiq etdiyi kimi, yerli xalqların iştirakı ilə formalaşdırılan Məclis tərəfindən idarə olunacaq. Təhlükəsizliyi qorumaq üçün məhdud sayda Türk əsgərləri Menbiçdə yerləşdiriləcək.
Türkiyə ilə ABŞ arasında prinsipial razılıq əldə olusa da, son nöqtə Çağuşoğlu ilə ABŞ-ın dövlət katibi Pompeonun 4 iyundakı görüşündə qoyulacaq.
Məlumata görə, görüşlə bağlı müzakirələr zamanı Türkiyənin irəli sürdüyü şərtlər ətrafında fikir mübadiləsi aparmaq təklifi böyük ölçüdə qəbul olunub.
Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu tərəflərin Menbiçlə bağlı razılıq əldə edəcəyi halda təhlükəsizliyin birlikdə təmin olunacağını, bu modelin daha sonra başqa ərazilərdə tətbiq ediləcəyini açıqlamışdı.
Müxalifət.az