Türkiyədən ABŞ-a "F-35" gedişi: “RUSİYADAN "SU-57"lər ALA BİLƏRİK”

Türkiyə Amerika istehsalı olan "F-35" qırıcıları əvəzinə Rusiyanın "Su-57" təyyarələrini ala bilər.
Bu barədə "Yeni Safak" qəzeti məlumat yayıb.
Ankara ABŞ-ın Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması səbəbindən "F-35"lərin tədarükünü əngəlləyəcəyi təqdirdə bu addımı ata bilər.
Bundan başqa Ankara iyunda əldə etməli olduğu təyyarəni almaq hüququndan imtina etmək niyyətində olmadığını da bəyan edib.
Əslində eyni hadisə “Patriot” raketləri ilə də yaşanmışdı.ABŞ Türkiyənin ehtiyacı olan “Patriot” raketlərini satmadığı üçün Ankara bu ehtiyacını ödəmək üçün S-400 raketləri ilə bağlı Rusiya ilə anlaşmışdı. Bu dəfə isə F-35 təyyarələrinin satışını Konqres əngəlləmək istəyir. Məhz ABŞ-ın bu sanksiya gedişinə qarşı Türkiyə də “hər zaman alternativlər var” prinsipindən çıxış edərək rəsmi Vaşinqtona növbəti dərs vermək istəyir. Əslində məhdud sayda Rusiya istehsalı Su-57-lər də Türkiyənin işini görür. Çünki 2023-cü ildə Türkiyənin özünün yerli istehsalı olan yeni qırıcı təyyarələr meydana çıxacaq ki, bu da Ankaranın təyyarə asılılığına son qoyacaq.
Müxalifət.az