Ata Corc Buş yenidən XƏSTƏXANADA
28-05-2018 08:22
Baxış sayı:
3244

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Men ştatında xəstəxanaya yerləşdirilib.
Bu barədə özünün “Tvitter” hesabında ailənin nümayəndəsi Cim Makqrat yazıb. Məlumata əsasən, 93 yaşlı C.Buşun təzyiqi kəskin şəkildə aşağı düşüb. Ötən ay C.Buş qanında infeksiya aşkarlandığı üçün xəstəxanaya yerləşdirilmişdi.
Böyük Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.
Müxalifət.az