Çindən ABŞ-la bağlı sərt açıqlama
27-05-2018 22:01
Baxış sayı:
2227

ABŞ-a məxsus hərbi gəmi Cənubi-Çin dənizində Parasel adasının yaxınlığından keçərək Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozur.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
“ABŞ-ın “Hiqqins” esminesi Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb. ABŞ tərəf Çin qanunlarını, müvafiq beynəxalq normaları, ölkənin suverenliyini kobud şəkildə pozur”, - deyə məlumatda bildirilib.