Boş yerə çalışırıq, nəticəsi olmayacaq - Juliani
27-05-2018 21:14
Baxış sayı:
2383

Rusiya vətəndaşlarının ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı irəli sürülən ittihamların heç bir nəticəsi olmayacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Nyu-York şəhərinin keçmiş meri Rudolf Juliani CNN-ə açıqlamasında deyib.
O bildirib ki, ittihamlar tamamilə boş aktlardır:
“Əminəm ki, seçkilərdə müdaxilədə ittiham edilən rusiyalılar ABŞ-a gətirilməyəcək. Bəs siz nə düşünürdünüz? Onları ittiham etmək üçün bura gətirəcəklər?”
Qeyd edək ki, ABŞ hakimiyyəti 2016-cı ildə keçirilən prezident seçkilərinı müdaxilə ilə bağlı Rusiyanın 13 vətəndaşını və 3 şirkətini ittiham edir.