​Amerikalılar Pxenyana gəldi: Görüşə hazırlıq...

Baxış sayı:
2320

ABŞ-dan olan nümayəndə heyəti 12 iyunda Donald Trampla Kim Çen İnin görüşünə hazırlıq görülməsi məqsədilə Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinə ABŞ-ın Cənubi Koreyadakı keçmiş səfiri Sun Kim rəhbərlik edir və o daha öncə Pxenyanın nüvə silahları ilə bağlı aparılan danışıqlarda iştirak edib.
Sun Kimin Şimali Koreyanın Xarici İşlər naziri Çxve Son Xi ilə görüşəcəyi gözlənilir.
Görüşlər 3 gün davam edəcək.
Qeyd edək ki, ABŞ lideri D.Tramp həmkarı Kim Çen İnlə nəzərdə tutulan görüşü ləğv etsə də, tərəflərin bir araya gələcəyi də istisna edilmir.