Qətər bu ölkələrə qarşı hərəkətə keçdi – ŞOK QƏRAR
27-05-2018 11:56
Baxış sayı:
2308

Qətər hökuməti bütün ticarət mərkəzlərindəki işçilərə ölkəni boykot edən dövlətlərin məhsulların piştaxtalardan yığışdırılması barədə çağırış edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, sözügedən çağırışla Qətərin İqtisadiyyat və Ticarət Nazirliyi çıxış edib.
Nazirliyin məlumatına görə, qərarın icrasının yoxlanmasını təmin etmək məqsədilə ölkənin bütün istiqamətlərində xüsusi müffəttişlər vəzifə başında olacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn kimi ölkələr Qətərə qarşı blokada tətbiq edib.