Türkiyə ilə danışıqlar yekunlaşmaq üzrədir - Novak
26-05-2018 20:36
Baxış sayı:
688

Hazırda "Qazprom" ilə "Botaş" arasında ikinci boru xəttinin qurudan keçəcək hissəsi ilə bağlı görüşlər yekunlaşmaq üzrədir.
Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı deyib.
“Qurudan keçən hissə ilə bağlı razılaşma protokolu, inşaatın və bu xətt üzərindən keçəcək qaz tranzitinin kommersiya sənədləri qısa müddət ərzində hazırlanacaq”.
Qeyd edək ki, "Qazprom"un 2017-ci ildə başladığı "Türk axını" layihəsində bu il ərzində hər biri 15.75 milyard kubmetr olmaqla, iki boru xəttinin tikintisi nəzərdə tutulub.