Qəzzada TOQQUŞMA: 109 yaralı – Foto/Video
26-05-2018 08:59
Baxış sayı:
604

Qəzza zolağında İsrail həbrçiləri ilə fələstinli etirazçılar arasında bu gün baş vermiş toqquşmalarda 100-dən çox fələstinli yaralanıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə idarəsi məlumat yayıb.
Qəzzada “Böyük qayıdış yürüşü” adı altında bir aydan yuxarıdır aksiya keçirən etirazçılar maşın təkərləri yandırır, hərbçiləri daş atəşinə tutublar.
Qeyd edək ki, martın 30-dan bəri 115 fələstinli İsrail hərbçilər tərəfindən qətlə yetirilib. 13 mindən çox insan gülə yarası alıb və ya gözyaşardıcı qazın təsirindən zəhərlənib.