Fransada İKİLİ CASUS BÖHRANI

Baxış sayı:
3991

Fransanın Xarici Xüsusi Xidmət Orqanı “DGSE” əməkdaşı 4 nəfərin, Çin adına fəaliyyət göstərdiyinin müəyyənləşdirildiyi və haqlarında 30 ilə qədər həbs tələbi ilə istintaq açıldığı bildirilib.
 
Fransanın “Le Monde” qəzetində yer alan xəbərə görə, filmlərə mövzu olmağa namizəd hadisə keçən il dekabr ayında keçirilən bir araşdırma nəticəsində ortaya çıxıb.
Xəbərdə, Fransanın Daxili Xüsusi Xidmət Orqanı “DGSI” tərəfindən aparılan bir araşdırma nəticəsində, 4 “DGSE” həmkarının Çin lehinə fəaliyyət göstərdiyinin müəyyənləşdirildiyi və haqlarında 30 ilə qədər həbs cəzası istəyi ilə istintaq açıldığı qeyd edilib.
“TMC” kanalında yayımlanan “Quotidien” proqramında səslənən iddiaların təsdiqləndiyi xəbərdə, "Bu adamların, Çin rəhbərliyi xeyrinə Fransız kəşfiyyatının işləri barədə məlumat toplamaq məqsədilə istifadə edildiyindən şübhələndiyi" qeyd olunub.

NAZİRLİK TƏSDİQLƏDİ
 
Fransa Müdafiə Nazirliyi, iddiaları təsdiq edərək, bu adamların milli müdafiə sirlərini aşkara çıxarmaq və xəyanət ittihamları ilə məhkəməyə çıxarıldığını bildirib. Nazirlik, bu şəxslərdən ikisinin hazırda təqaüddə olan keçmiş əməkdaş olduğu məlumatını bölüşərkən, bu adamların nə vaxt təqaüdə çıxdığı və "ikili casusluq” fəaliyyətlərinin hansı illərdə aparıldığı barədə açıqlama verməyib.
Müxalifət.az