Suriyanın hərbi limanına raket hücumu: partlayış səsləri...
24-05-2018 23:51
Baxış sayı:
9406

Suriyanın Xüms şəhərinin yaxınlığındakı bir hərbi-hava limanına raket hücumu edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriyanın "Səna" xəbər agentliyi məlumat yayıb.
Raket Suriyanın havadan müdafiə sistemləri tərəfindən vurulub.
Bundan əlavə, Dabaa hava limanı ərazisində partlayış səslərinin eşidildiyi barədə məlumat yayılıb.