​İspaniyada partlayış: ölənlər var

Baxış sayı:
10582

İspaniyada pirotexniki vasitələrin partlaması nəticəsində 4 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, hadisə Pontevedredə baş verib. Partlayış zamanı həmçinin 12 nəfər xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hazırda hadisənin başvermə şəraiti araşdırılır.