Türkiyəli müğənniyə torpaq vəd edən icra başçısı... - ELXAN USUBOV MEDİANIN GÜNDƏMİNDƏ!

Ağsunun icra başçısı Ənvər Seyidəliyevlə Goranboyun başçısı Nizaməddin Quliyev ardıcıl olaraq ikinci və üçüncü yerləri bölüşürlər...

Baxış sayı:
17644

 
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 14-21  may 2018-ci il tarixində mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri “İcra başçısı Pətək Dinçözə hədiyyə hazırlayıb”, “Türkiyəli müğənniyə torpaq vəd etdiyi deyilən icra başçısının mülkləri – FOTOLAR”, “'Petek Dinçöz növbəti dəfə icra başçısının yalanını İFŞA ETDİ - VİDEO” və “'İCRA BAŞÇISI PETEK DİNÇÖZE TORPAQ BAĞIŞLAYIB? – AÇIQLAMA” başlıqlı 4 məqalənin 24 saytda yayılması ilə Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Səlim Müslümovun qardaşının fəaliyyəti yoxlanılır”, “'İndi isə Ağsu icra başçısının özbaşınalıqları haqda... FEODAL ƏYALƏTİ”, “Vəzifədən çıxarılmaq növbəsi icra başçılarına çatıb – SİYAHI” adlı 3 məqalənin 5 Elektron KİV-də yayılması ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan İcra hakimiyyətin başçıları arasında 3-ci yeri isə “Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər”, “Vəzifədən çıxarılmaq növbəsi icra başçılarına çatıb – SİYAHI” adlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tutur.

Muxalifet.az