HƏYƏCAN: Dollar və avronun sürətli yüksəlişi... - BEYNƏLXALQ QURUMLAR

Türkiyədə dolların məzənnəsi 4.80 lirə səviyyəsinə çataraq rekordu yeniləyib. Muxalifət.az-ın məlumatın agörə, lirə dollar qarşısında 2 faizdən çox dəyərdən düşüb. Avro/TL isə 5.70 səviyyəni aşıb və bütün zamanların ən yüksək səviyyəsinə qalxıb. Kredit reytinqi agentliyi "Fitch Rating" Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağını açıqlayıb. Bu açıqlama lirənin dəyərdən düşməsinə təkan verib. "Reuters"ə danışan beynəlxalq kredit reytinq agentliyi Standard and Poor's-ın (S&P) rəsmisi TL-nin kəskin ucuzlaşmasının qarşısını almaq üçün addımlar atılmasa, Türkiyənin maliyyə vəziyyətinin sürətlə pisləşdiyini qeyd edib. Beynəlxalq kredit reytinqi agentliyi "Moody's" də Türkiyədəki makro trendlərin ölkənin kredit reytinqi üçün mənfi olduğunu bildirmişdi.