Samuxda traktor aşdı - YARALILAR VAR
22-05-2018 13:16
Baxış sayı:
7381

Samux rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində baş verib. İdarəetmədən çıxan traktorun aşması nəticəsində xəsarət alan sürücü və traktorda olan sərnişinlər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.