Rusiya İrəvana 170 milyonluq silah verdi
21-05-2018 22:52
Baxış sayı:
8608

Ermənistan 2017-ci ildə Rusiyadan 82,2 milyard dram (170 milyon dollar) dəyərində silah və hərbi texnika alıb.
Muxalifet.az xəbər verir ki, bu məlumat ölkənin Müdafiə Nazirliyinin açıqlamasında yer alıb.
Ötən il düşməni ölkənin hərbi büdcəsi 608 milyon dollar təşkil edib:
"Ötən il Rusiyadan silah alınmasına əlavə olaraq 170 milyon dollar xərclənib. Həmin vəsair Rusiyanın ayırdığı hərbi kredit hesabına formalaşıb”.
Qeyd edək ki, Rusiyanın Ermənistana "Tor" komplekslərini də verəcəyi barədə açıqlama yayılıb.