İranla nüvə müqaviləsinin Amerikalı müəllifi danışdı:ABŞ-ın ETİBARI QALMAYIB

Baxış sayı:
6391

İranla bağlanan nüvə müqaviləsinin memarı Riçard Nephew, diqqət çəkən açıqlamalar verib. Nephew, "Trampın İranla nüvə müqaviləsindən çəkilməsi ilə ABŞ-ın etibarlılığı böyük zərər gördü. Müqaviləni pozan ölkə kimi artıq bir etibarımız qalmadı" deyib.
 
Yaxın tarixin ən böyük diplomatik nailiyyətlərindən biri kimi görünürdü, ancaq bir qolla tarix oldu. 2015-ci ildə imzalanan İranla nüvə müqaviləsindən çəkilən Tramp rəhbərliyi, böyük bir qeyri-müəyyənlik yaratdı. 2011-2013-cü illər arasında Milli Təhlükəsizlik Şurasının İran üzrə direktoru olan Riçard Nephew, imzalanan nüvə müqaviləsinin memarı kimi göstərilir. Sanksiyaların genişləndirilməsindən məsul idi, onun tövsiyələri istiqamətində Obama 6 yeni sanksiya fərmanı imzalamışdı. 2013-2015-ci illər arasında Xarici İşlər Nazirliyinin sanksiyalar üzrə koordinator müavini. 2013-2014 illərində İranla nüvə müzakirələri aparan qrupun lideri, sanksiya mütəxəssisi idi.
Nephew, Trampın qərarı ilə bağlı "Nüvə müqaviləsinin alternativlərlə müqayisədə Amerikan maraqlarına daha uyğun olduğunu düşünürəm. İranın nüvə proqramını yenidən başlamasını əngəlləmək üçün düşünülmüşdü. Həmçinin beynəlxalq ictimaiyyətin dəstəyini də almışdı. Müqavilədən çəkilmənin işləri daha pis hala gətirəcəyini düşünürəm" deyib.
 
ETİBARIMIZ QALMADI
 
Bundan sonra olacaqlar haqqında danışan Nephew "Birincisi, İranlılar nüvə proqramlarına yenidən başlaya bilər. 2-3 ay kimi bir müddət içərisində asanlıqla nüvə silahını əldə edə bilərlər. İkincisi, problemi həll etmək üçün bundan artıq beynəlxalq dəstək əldə edə bilməyəcəklər. Çünki artıq müqaviləni pozan bir ölkə kimi görünürük. Məncə, İranla daha pis bir vəziyyətə doğru gedirik, artıq yanımızda müttəfiqlərimizin dəstəyi də yoxdur. Artıq bir etibarıbımızın qaldığını deyə bilmərəm, etimad məsələsində böyük zərər gördük. Məsələ müqavilə əldə edə bilməməmiyimiz deyil, o müqavilələri siyasi prosesə qurban verməyimizdir. Başqa ölkələrdə də oxşar problemlər var, amma bizim siyasi sistemimiz daha çox qütblüdür. Bu baxımdan baxsaq, bütün bu baş verənlər müqavilələrin davamlılığı fikrinə zərər verir” deyə, bildirib.
Müxalifət.az