İŞİD məsuliyyəti öz üzərinə götürdü - Qroznı hücumu
20-05-2018 21:54
Baxış sayı:
1978

İŞİD Çeçenistanın paytaxtı Qroznıda kilsəyə edilən silahlı hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.