Bərzani ən böyük qazancını açıqladı: 56 il əvvəl...
20-05-2018 21:17
Baxış sayı:
1639

56 il əvvəl bu gün mənə peşmərgə olmaq şərəfi verildi.
Muxalifet.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin keçmiş lideri Məsud Bərzani deyib.
“Həmin gündən bu vaxta qədər mənim üçün ən böyük rütbə peşmərgəlik olub. Bu mənim həyatım boyu əldə etdiyim ən şərəfli uğurdur. Kürdüstan xalqı peşmərgənin sayəsində heç bir gücün qarşısında əyilmədi. Qələbə və qürur mübarizə aparan, millətinə qarşı doğruları həyata keçirən şəxslərindir”, - Bərzani bildirib.