​Putinlə görüş münasibətlərə yeni təkan verəcək - Makron

Baxış sayı:
1372

Mayın sonunda Rusiya Prezidenti Vladimir Putinlə baş tutacaq görüşün Moskva-Paris münasibətlərinə yeni təkan verəcəyinə ümid edirəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“İki ölkə münasibətlərində hələ çox şeyləri qurmalıdır və buna açıq gözlərlə yanaşmalıdır”, - Makron bildirib.
Makronun sözlərinə görə, Fransa Rusiya ilə Suriya, Ukrayna və “Skripal işi”ndə fikir ayrılıqlarına baxmayaraq Moskva ilə dialoqları dəstəkləyir.