23 yaşlı gənci maşın vurub - ŞƏKİDƏ
20-05-2018 09:51
Baxış sayı:
1780

Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.
Xəstəxanadan Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.