İngiltərə kubokunu “Çelsi” qazandı
19-05-2018 23:42
Baxış sayı:
1672

Mayın 19-da futbol üzrə İngiltərə kubokunun final qarşılaşması keçirilib.
Muxalifet.az xəbər verir ki, kubok uğrunda yarışında finalında “Çelsi” komandası “Mançester Yunayted” klubu ilə qarşılaşıb. Görüş Antonio Kontenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 22-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsindən dəqiq yerinə yetirən Eden Hazard vurub. Beləliklə, görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Çelsi” klubu tarixində beşinci dəfə bu titulun sahibi olub.