​"Maşın" şounun başlayacağı tarix bəlli oldu

Baxış sayı:
1696

Hamının maraqla gözlədiyi “Maşın” şou may ayının 29-da yenidən tamaşaçı qarşısına çıxacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi İnstaqram səhifəsində məlumat yayılıb.
Müəllif və aparıcısı Murad Dadaşov olan veriliş saat 22:15-də ATV kanalında yayımlanacaq. Layihədə kimlərin iştirak edəcəyi hələlik gizli saxlanılır.
Qeyd edək ki, bu il “Maşın” şounun 16-cı buraxılışı baş tutacaq.