Neftlə bağlı sevindirən proqnoz: 100 dollar olacaq
19-05-2018 21:01
Baxış sayı:
1564

Bazarda neftə güclü təlabat var. OPEK və Rusiya bu məsələdə güclü siyasət yürüdürlər. Eyni zamanda İran məsələsi də bu işə öz təsirini göstərir.
Muxalifet.az xəbər verir ki, Fransanın "Total” şirkətinin baş direktoru Patrik Puyanne deyib.
O bildirib ki, yaxın aylarda neftin barreli 100 dollara satılacaq:
"Bu hallar neftin qiymətini artıracaq. Yaxın aylarda neftin bir barrelinin qiyməti 100 dollar olsa, təəccüblənmərəm".