Trampa böyük şok! AVROPA BİRLİYİ İRANA SÖZ VERDİ

Baxış sayı:
2917

ABŞ prezidenti Donald Trampın İran qərarından sonra Avropa İttifaqı (Aİ) nüvə müqavilə məsələsində İrana söz verib.
 
İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi, paytaxt Tehranda Aİ Enerji Komissarı Migel Arias Canete ilə bir araya gəlib.
Görüşdən sonra Canete ilə birgə mətbuat konfransı keçirən Salehi, "Canete, ABŞ-ın müqavilədən çəkilməsindən sonra Avropa Birliyinin nə kimi tədbirlər görəcəyini və xüsusilə yeni tətbiq olunacaq Əngəl Olma Qanunvericiliyinin çərçivəsini tam açıqladı" deyib.
 
“AB SÖZ VERDİ"
 
Aİ-nin müqaviləni qorumaq üçün geniş miqyaslı səy göstərdiyini və söz verdiyini qeyd edən Salehi, verilən vədlərin həyata keçirilməsinə ümid etdiyini ifadə edib.
Salehi, "Aİ, ABŞ-ın sanksiyalarına baxmayaraq, nüvə sazişini qoruyacağına söz verib" deyə, bildirib.
Aİ Enerji Komissarı Canete isə ABŞ-ın çəkilmə qərarına baxmayaraq, nüvə müqaviləsinin qorunmasının regionda sülh və sabitlik üçün həyati əhəmiyyətə malik olduğunu bildirib.
Canete, İran müqaviləyə sadiq qaldığı müddətcə, Aİ-nin də müqaviləni davam etdirəcəyini qeyd edib.
AB-nin Enerji Komissarı Migel Arias Canetenin sabah İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə bir araya gəlməsi gözlənilir.
Müxalifət.az