ÜST-dən HƏYƏCAN TƏBİLİ: Dəhşətli virus yenidən aşkarlandı
19-05-2018 15:10
Baxış sayı:
1528

Bir neçə il öncə bütün dünyanı cənginə alan ebola virusu yenidən yayılmağa başlayıb.
Muxalifət.az xəbər verir ki, virus bu dəfə Konqo Demokratik Respublikasının iki şəhərində aşkarlanıb. Bunu Konqonun Səhiyyə Nazirliyi bəyan edib.
Artıq 14 nəfər bu virusun daşıyıcısı kimi xəstəxanaya yerləşdirilib. Xəstəliyin sürətlə yayılmasına və digər qitələri də öz cənginə almasıa imkan verməmək üçün Ümumdünya Səhiyyə Təşkilatı Afrika qitəsində bir sıra preventiv addımlar atmağı planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, endemik virus olan ebola (ebolavirus) 1976-cı ildə aşkarlanıb. Onun xüsusilə “Zaire ebolavirus” növü öldürücü xüsusiyyətlərə malikdir. İndiyədək 30939 nəfər bu virusa yoluxub, onlardan 12910 nəfəri (42 faizi) vəfat edib.