​SON DƏQİQƏ: Sərnişin təyyarəsi qəzaya uğradı: Prezident olay yerinə yollandı... - Video

Baxış sayı:
18925

Muxalifet.az xəbər verir ki, bu barədə “Telemundo” agentliyi məlumat yayıb.
Bildirilib ki, Havanadan Olqin şəhərinə gedən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.
Təyyarənin göyərtəsində 100-dən artıq sərnişinin olduğu deyilir.
Kuba Dövlət Şurasının lideri Miqel Dias Kanel təyyarə qəzasının baş verdiyi əraziyə gəlib.
Bildirilib ki, təyyarənin göyərtəsində 104 sərnişin olub. Onların taleyi barədə heç bir məlumat yoxdur.
Təyyarənin qəzaya uğradığı ərazidə tüstü qatı yüksəlir.