Putin redaktorun həbsi haqda: BELƏ OLAY GÖRMƏMİŞƏM
18-05-2018 18:52
Baxış sayı:
5671

“RİA Novosti”nin Ukrayna üzrə təmsilçisinin tutulması misli görünməmiş bir hadisədir.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Vışinski açıq şəkildə öz ictimai vəzifə və öhdəliklərini yerinə yetirdiyi üçün vətən xainliyində günahlandırılır. Uzun müddətdir belə bir hadisə görmədim və xatırlamadım”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, dünən “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinski Ukraynanın Xerson bölgə məhkəməsi tərəfindən 2 ay müddətinə azadlıqdan məhrum edilib.