ABŞ-dan SƏFİRLİYİ QÜDSƏ KÖÇÜRMƏ BASQISI

Təl-Əvivdəki səfirliyini Qüdsə köçürən ABŞ, Qvatemalaya səfirliyini Qüdsə köçürdüyü üçün təşəkkür edərkən, digər ölkələrə də səfirliklərini köçürmələri məsələsində təzyiq edir.
Ötən Bazar ertəsi Təl-Əvivdəki səfirliyini Qüdsə köçürən ABŞ, digər ölkələrə də səfirliklərini daşımaları üçün təzyiq edir. Qvatemalanın dövlət başçısı Cimmi Moralesə, səfirliyini ABŞ-dan sonra Qüdsə köçürən ikinci ölkə olmasına görə, təşəkkür edən Ağ Ev, digər ölkələrə də eyni yolu təqib etmələri məsələsində təzyiq edir. "Qvatemalaya, Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq bizimlə birgə hərəkət etdiyi və digər ölkələrə də əhəmiyyətli bir nümunə göstərdiyi üçün çox təşəkkür edirik" açıqlaması edən Ağ Ev rəsmiləri, dünya ölkələrinə də səfirliklərini ən qısa müddətdə Qüdsə daşımaları məsələsində təzyiq edilir. Gələn həftə Paraqvayın da səfirliyini Qüdsə köçürməsi gözlənərkən, hələlik bundan başqa bir ölkənin köçməyə dair bir planı olmadığı görünür. Bir çox təhlilçilər, Latın Amerika ölkələrinin, Vaşinqtonun qərarını dəstəkləyərək səfirliklərini Qüdsə köçürməsinin Latın Amerikası ölkələrinin ABŞ-ın etimadı və dostluğunu qazanmaları üçün əhəmiyyətli bir addım olduğunu ifadə edirlər.
Müxalifət.az