Tramp fahişəyə PUL ÖDƏDİYİNİ RƏSMƏN QƏBUL ETDİ

Baxış sayı:
6979

ABŞ prezidenti Donald Tramp, Stormy Danielin səssiz qalması məqsədilə pul ödədiyini rəsmən qəbul edib. Dəfələrlə 130 min dollar ödəndiyini rədd edən Trampın qanuni olaraq küncə sıxışdırılınca etdiyi həmlə, dünya mediasının manşetlərinə daşındı.
 
Hökumət Etika Bürosu, Trampın daha əvvəl etdiyi maliyyə bildirişləri ilə ödəməni etiraf etməsinin lazım olduğunu söyləyib. Bildirişdə, Trampın Cohene 2016-cı ildə 100 min ilə 250 min dollar xərc ödədiyi görünür.
Ağ Ev, bildirişin aşağısında ödəmənin şəffaflıq adına etiraf edildiyini bildirib və bu informasiyanı əslində açıqlamaq məcburiyyətində olmadığını da qeyd edib. Ancaq Hökumət Etika Bürosu (OGE) yazdığı məktubda Cohene ödəmənin bir öhdəlik olaraq bildirilməsi lazım olduğunu vurğulayıb. Həmin ödəmənin kampaniya fondundan edildiyi şübhəsi, Vaşinqtonu narahat edib.
Seçkilərdəki Rusiya barmağı, təcavüz ittihamları, istefa fırtınası deyəndə, ABŞ lideri Donald Trampı bu günlərdə ən çox küncə sıxışdıran şəxs, məhz Stormy Danielsdir.
Yetkin filmlərinin oyunçusu ilə Tramp arasında baş verənlər, ilk dəfə 2011-ci ildə ictimaiyyətə çatdırılmışdı. 2011-ci ilin oktyabrında  bir jurnala müsahibə verən Daniels, o illərdə yalnız populyar bir iş adamı olan Trampla cinsi əlaqə yaşadığını söyləyib. Əsil adı Stephanie Klifford olan qadının sözləri, Trampın vəkili Maykl Koenin jurnalı məhkəməyə verəcəyi təhdidi səbəbindən çap olunmayıb.
Müxalifət.az