Bayılda yenidən sürüşmə oldu
15-05-2018 20:53
Baxış sayı:
3502

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb.
Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.