Keçmiş MKİ BAŞQANINDAN QƏZZA TƏPKİSİ

Baxış sayı:
3478

ABŞ-da keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan, Qəzzadakı ölümlərin, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahunun Fələstinlilərin hüquqlarına və vətənlərinə açıq şəkildə hörmət etməmələrinin nəticəsi olduğunu deyib.
 
Brennan, Twitter hesabında paylaşdığı bölgüdə, "Qəzzadakı ölümlər, Tramp və Netanyahunun Fələstinlilərin haqları və vətənlərinə açıq şəkildə hörmət etməmələrinin nəticəsidir. Tramp, səfirliyi Qüdsə köçürərək intriqa yaratdı, ABŞ-ın barışdırıcı rolunu aradan qaldırdı. Yeni nəsil İsraillilər ilə Fələstinlilərin sülh yolunu tapması üçün radikalları təcrid etmələri lazımdır". deyə, qeyd edib.
Keçmiş MKİ sədri, eyni zamanda, İran nüvə müqaviləsi barədə Trampın yalan söylədiyini, ABŞ-ın öhdəliklərinə olan qlobal inamın sarsıldığını, ən yaxın müttəfiqlərini yadlaşdırıb, İranlı radikal mövqeli insanları gücləndirdiyini və Şimali Koreyaya nüvə silahlarını saxlamaq üçün daha çox səbəb verdiyini bildirib. Brennan,  sonda "Bu dəlilikdir və milli təhlükəsizliyimizə təhdiddir" deyə, dəyərləndirmə edib.
Müxalifət.az